Niderland Azadlıq Partiyasının lideri Geert Vilders ölkəsinə sığınacaq üçün müraciət edənlər barədə maraqlı təkliflə çıxış edib.
Modern.az xəbər verir ki, o, müraciətləri rədd olunan şəxslərin Uqandaya göndərilməsini təklif edib.
Vilders Uqanda hökumətinin bu qərara qarşı olmadığını və bu ölkəyə immiqrantlar üçün təzminat ödəniləcəyini bildirib.