Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ukraynalı həmkarı Rustem Umerovla görüşüb.
Modern.az xəbər verir ki, bu barədə Umerov özünün sosial media hesabında yazıb.
Görüş Ukrayna-NATO Şurasının iclası çərçivəsində baş tutub.
“Biz Prezident Vladimir Zelenskinin Qələbə Planını müzakirə etdik, onun əsas məqamlarından biri olan Ukraynanın NATO-ya üzvlüyünə dəvət edilməsi, eləcə də müdafiə sənayemizə investisiyaların cəlb edilməsi haqqında danışdıq”,- o qeyd edib.
Nazir, həmçinin Ukrayna şirkətlərinin birgə mülkiyyətində həm Ukraynada, həm də Türkiyədə birgə müdafiə müəssisələrinin yaradılmasını və silah və texnika istehsalı üçün yeni zavodların tikilməsini təklif edib.