Modern.az

Ərdoğan nazirlərin görüşündə danışdı: "Sevindirici haldır"

Ərdoğan nazirlərin görüşündə danışdı: "Sevindirici haldır"

Dünya

18 Oktyabr 2024, 20:11

Cənubi Qafqazın daimi sülhə doğru yönəlməsi sevindirici haldır.

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "3+3" regional platforması üzrə növbəti toplantı çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, İranın xarici işlər naziri Abbas Əraqçi və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı qəbul edərkən deyib.

 

O qeyd edib ki, Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün təmin olunması üçün ortaya qoyulan bütün səyləri dəstəkləyir.

 

Ərdoğan vurğulayıb ki, regionda baş verən hadisələr həmrəyliyin gücləndirilməsini zərurətə çevirir.

 

Qəbul zamanı Cənubi Qafqazdaki sülh prosesi və regional məsələlər müzakirə edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?