Modern.az

Ukraynaya 42 milyon dollarlıq dron veriləcək

Ukraynaya 42 milyon dollarlıq dron veriləcək

Dünya

19 Oktyabr 2024, 09:26

Niderland Ukraynaya 42,6 milyon avro dəyərində kəşfiyyat PUA-ları təhvil verəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Niderland Müdafiə Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, "DeltaQuad" şirkəti tərəfindən istehsal olunan PUA-lar kəşfiyyat, müşahidə və nəzarət üçün nəzərdə tutulub.

 

Niderland Müdafiə Nazirliyi vurğulayır ki, aparatların sayı və dəqiq çatdırılma tarixləri təhlükəsizlik səbəbi ilə açıqlanmır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?