Modern.az

Netanyahunun evinə dronlarla hücum EDİLDİ

Netanyahunun evinə dronlarla hücum EDİLDİ

Dünya

19 Oktyabr 2024, 11:54

İsrail Baş naziri Benyamin Netanyahunun şəxsi iqamətgahına pilotsuz uçuş aparatları (PUA) ilə hücum edilib.

 

Modern.az "Times of Israel" nəşrinə istinadən xəbər verir ki, baş nazirin evi səhər saatlarında Livandan atılan PUA ilə hədəfə alınıb.

 

Xəbəri əvvəlcə Səudiyyə Ərəbistanının "Əl-Hadath" nəşri yazıb. Daha sonra Netanyahunun ofisi xəbəri təsdiq edib. Qeyd olunub ki, hücum zamanı Netanyahu və həyat yoldaşı Sara evdə olmayıb.

 

İnsident zamanı xəsarət alan olmadığı bildirilir.

 

Qeyd edək ki, səhər saatlarında İsrailə Livan ərazisindən hüvum edilib və Tel-Əviv bölgəsində sirenlər işə salınıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?