Modern.az

Sahibsiz itlər Paşinyana hücum etdi

Sahibsiz itlər Paşinyana hücum etdi

Dünya

19 Oktyabr 2024, 15:09

Ermənistan Baş naziri Nikol Paşinyan itlərin hücumuna məruz qalıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə "Hraparak" qəzeti yazıb.

 

Bildirilir ki, hadisə Paşinyanın Şirak bölgəsinə səfəri zamanı baş verib. O, bölgədə 2023-cü ildə həyata keçirilən və hazırda icra olunan proqramlarla tanış olub.

 

Qeyd olunur ki, Paşinyan bu gün səhər saatlarında Gümrü küçələrində velosiped sürərkən çəkilmiş videonu yayıb.

 

Gümrü sakinləri bildiriblər ki, Paşinyan velosiped sürərkən bir qrup sahibsiz it ona və mühafizəçilərinə hücum edib. Onlar təşviş içində bölgədən qaçıblar.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?