Modern.az

İŞİD-ə qarşı yeni əməliyyat 

İŞİD-ə qarşı yeni əməliyyat 

Dünya

19 Oktyabr 2024, 18:22

Dünən İspaniyanın şimalında İŞİD terror təşkilatına mənsub olmaqda şübhəli bilinən iki şəxs həbs edilib.

 

Modern.az xəbər verir ki, İspaniya polisi və Mərakeş Milli Ərazi Nəzarəti Baş İdarəsinin birgə məlumatına görə, şübhəlilər İtsasondo və Avil şəhərlərində tutulublar.

 

Bu ilin əvvəlindən şübhəlilər ciddi şəkildə izlənilirdi. Onlar əvvəlcə sosial şəbəkələrdə İŞİD-i, o cümlədən zorakılıq və terrorizmi dəstəkləyən mesajlar yazaraq diqqəti cəlb ediblər.

 

İspaniya polisi Mərakeş Milli Ərazi Nəzarəti Baş İdarəsinin dəstəyindən istifadə edərək artıq bir neçə terrorçunu yaxalayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?