Modern.az

ABŞ-da atışma: 3 ölü, 8 yaralı

ABŞ-da atışma: 3 ölü, 8 yaralı

Dünya

20 Oktyabr 2024, 07:50

ABŞ-ın Missisipi ştatının Leksinqton şəhəri yaxınlığında baş verən atışma zamanı 3 nəfər ölüb, 8 nəfər yaralanıb. 

 

Modern.az xəbər verir ki, hadisə məktəbdəki futbol yarışından qayıdan 200-300 nəfərlik qrupun qələbəni qeyd etdiyi zaman onlara atəş açılıb.

 

Atışmadan əvvəl münaqişə tərəfləri arasında dava baş verib. Holms bölgə polisi hadisənin motivini hələlik açıqlamayıb. Atəşin azı 2 nəfər tərəfindən açıldığı deyilir. Ölənlərdən ikisi 19, biri 25 yaşlıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?