Modern.az

Qəzzada hər gün 80-dən çox fələstinli ÖLÜR

Qəzzada hər gün 80-dən çox fələstinli ÖLÜR

Dünya

20 Oktyabr 2024, 16:11

İsrail qüvvələrinin Qəzza zolağında 24 saat ərzində həyata keçirdiyi əməliyyatlar nəticəsində azı 84 fələstinli ölüb, 160-a yaxın fələstinli yaralanıb.

 

Modern.az xəbər verir ki, bu məlumatı anklavın Səhiyyə Nazirliyi verib.

 

“Son 24 saat ərzində Qəzzada 84 nəfər ölüb, 158 nəfər yaralanıb”, - deyə idarənin Telegram kanalında dərc olunan xülasədə bildirilir.

 

Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, hərbi əməliyyatın əvvəlindən İsrailin təcavüzü qurbanlarının ümumi sayı 42 603 nəfərə çatıb, 99 795 nəfər yaralanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?