Modern.az

İran Əfqanıstan və Pakistanla sərhəddə DİVAR ÇƏKİR

İran Əfqanıstan və Pakistanla sərhəddə DİVAR ÇƏKİR

Dünya

20 Oktyabr 2024, 18:15

İran Pakistan və Əfqanıstanla həmsərhəd olan 5 əyalətdə divar tikintisinə başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Eghtesaad24" İran sərhəd polisinin komandiri, briqada generalı Əhməd Əli Qudarziyə istinadən məlumat yayıb.

 

O bildirib ki, divar təhlükəsizlik təhdidlərini azaltmaq, arzuolunmaz miqrasiyanın və qaçaqmalçılığın qarşısını almaq üçün lazımdır.

 

General vurğulayıb ki, Əfqanıstan və Pakistanla sərhəddə divar tikintisi prioritet məsələdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?