Modern.az

Daşqın bölgələrində seçki keçirildi

Daşqın bölgələrində seçki keçirildi

Dünya

20 Oktyabr 2024, 20:31

Bosniya və Herseqovinada oktyabrın 6-dakı yerli seçkilərin sel və daşqın səbəbindən təxirə salındığı 4 bələdiyyədə bu gün seçkilər keçirilib.

 

Modern.az xəbər verir ki, Kiselyak, Kresevo, Foynitsa və Konyiç bələdiyyələrində 54 min 379 seçici yerli idarəetmə orqanlarının rəhbərlərini müəyyən etmək üçün səs verib.

 

Bosniya və Herseqovina Mərkəzi Seçki Komissiyası daşqınlar səbəbindən təxliyə edilən vətəndaşlar üçün də seçki məntəqələrinin yaradıldığını açıqlayıb.

 

Xatırladaq ki, Bosniya və Herseqovinada oktyabrın 4-də baş vermiş sel və daşqınlar 27 nəfərin ölümünə səbəb olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?