Modern.az

Pentaqonun rəhbəri Kiyevə gözlənilməz səfər edib

Pentaqonun rəhbəri Kiyevə gözlənilməz səfər edib

Dünya

21 Oktyabr 2024, 10:30

ABŞ-ın müdafiə naziri Lloyd Ostin Kiyevə elan olunmamış səfər edib.

Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Məlumata görə, Pentaqon rəhbərinin Kiyevə səfərinin məqsədi ABŞ-da prezident seçkiləri ərəfəsində Ukraynaya dəstək nümayiş etdirməkdir.

Bildirilir ki, Lloyd Ostin Ukrayna Prezidenti Volodimir Zelenski və müdafiə naziri Rustem Umerov ilə görüşəcək. Səfər çərçivəsində Ukraynanın silah-sursata olan ehtiyacları müzakirə ediləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?