Modern.az

HƏMAS hələ də yeni lider seçməyib

HƏMAS hələ də yeni lider seçməyib

24 Oktyabr 2024, 12:28

HƏMAS Yəhya Sinvarın ölümündən sonra hələ də yeni lider seçməyib.

 

Modern.az-ın məlumatına görə, bu barədə HƏMAS Siyasi Bürosunun sədr müavini Musa Əbu Mərzuk bildirib.

 

O əlavə edib ki, Siyasi Büronun yeni rəhbəri təyin olunandan sonra hərəkat onun adını açıqlayacaq.

 

Musa Əbu Mərzuk, həmçinin bildirib ki, İsrail HƏMAS-ı Qəzza zolağından çıxara bilməyəcək: “HƏMAS liderlərini öldürdükdə belə, onların yerini başqaları tutur”.

 

Xatırladaq ki, İsrail ordusu oktyabrın 17-də HƏMAS Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarın öldürüldüyünü elan edib. Hərəkat ertəsi gün liderinin ölümünü təsdiqləyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!