Modern.az

Fransa Livana 100 milyon avro ayıracaq

Fransa Livana 100 milyon avro ayıracaq

24 Oktyabr 2024, 17:28

Fransa Livan xalqına yardım üçün 100 milyon avro ayırmaq niyyətindədir.

Modern.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Parisdə Livana dəstək mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

X-də çıxışı yayımlanan Fransa lideri "BMT Livan üçün 426 milyon avro istədi, Fransa 100 milyon avro ayıracaq" deyib.

O, həmçinin əlavə edib ki, Fransa “Livan ordusunun təchizatına töhfə verəcək”. Bundan əlavə, prezidentin sözlərinə görə, Paris Livan Silahlı Qüvvələrinə əlavə 6 min hərbçi cəlb etmək planını alqışlayır.

Makron “təcili atəşkəs və bütün qaçqınların evlərinə qayıtmasına icazə verməyə” çağırıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək