Modern.az

Ərdoğan terrora görə iclas keçirəcək 

Ərdoğan terrora görə iclas keçirəcək 

24 Oktyabr 2024, 18:55

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün Ankarada baş verən terror aktı ilə bağlı toplantı keçirəcək.

 

Modern.az xəbər verir ki, bu barədə "CNN Türk" kanalı məlumat yayıb.

 

Görüşün İstanbul şəhərində keçirilməsi planlaşdırılır.

 

İclasda Türkiyənin təhlükəsizlik strukturlarının nümayəndələri və digər vəzifəli şəxslər iştirak edəcək.

 

Qeyd edək ki, ötən gün Ankarada yerləşən TUSAŞ şirkətinə məxsus obyektdə terror aktı törədilib. Hadisə nəticəsində 5 nəfər ölüb, 22 nəfər yaralanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək