Modern.az

“Hizbullah” İsrail hərbi bazalarını atəşə tutdu

“Hizbullah” İsrail hərbi bazalarını atəşə tutdu

26 Oktyabr 2024, 17:38

“Hizbullah” təşkilatının döyüşçüləri Hayfa və Safed şəhərlərindəki İsrail hərbi bazalarına raket zərbələri endirib.

Modern.az xəbər verir ki, bu barədə qrup özünün teleqram kanalında məlumat yayıb.

“İslam müqaviməti döyüşçüləri Hayfanın şimalındakı Ha-Krayot ətrafında yerləşən hərbi hədəflərə zərbələr endirib və onları vurublar”, - məlumatda deyilir.

Onlar həmçinin Livanla sərhəddən 20 km aralıda, Safed şəhəri yaxınlığındakı Mişarda İsrail hərbi kəşfiyyat bazasına və səhra düşərgəsinə zərbə endirdiklərini elan ediblər. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü