Modern.az

"Gürcü arzusu" qələbə qazandı, müxalifət nəticələri tanımadı

"Gürcü arzusu" qələbə qazandı, müxalifət nəticələri tanımadı

27 Oktyabr 2024, 08:12

Gürcüstan Mərkəzi Seçki Komissiyası ötən gün keçirilən parlament seçkilərində səslərin 79,87 faizini hesablayıb.

 

Modern.az xəbər verir ki, ilkin nəticələrinə əsasən, parlament seçkilərində “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyası 53,594 faiz səslə liderdir.

 

İkinci yerdə 11,056 faizlə “Dəyişikliklər üçün Koalisiya”, üçüncü yerdə isə səslərin 9,908 faizini toplayan “Vahid Milli Hərəkat” yer alıb. “Güclü Gürcüstan” partiyası seçicilərin 8,827 faizini, “Qaxaria - Gürcüstan üçün” partiyası isə 7,91 faizini səsini qazana bilib.

 

“Güclü Gürcüstan”, “Dəyişikliklər üçün Koalisiya” və "Vahid Milli Hərəkat" seçkilərin nəticələrini tanımadıqlarını bəyan ediblər.

 

 

***

22:05

Gürcüstanın Mərkəzi Seçki Komissiyası seçkilərin ilkin nəticəsini açıqlayıb.

 

Modern.az xəbər verir ki, 2137 seçki məntəqəsində səslərin sayılmasından sonra hakim partiya səslərin 52,943%-ni əldə edib.

 

MSK-nın məlumatına görə, ümumilikdə 5 partiya 5 faizlik seçki bariyerini keçib.

 

“Dəyişiklik üçün Koalisiya” 11,197%, əsas müxalifət partiyası “Vahid Milli Hərəkat” 9,797%, “Güclü Gürcüstan” 9,056%, “Qaxariya Gürcüstan üçün” 8,264% səs toplayıb.

 

Saat 20:00-a olan ilkin məlumatına görə, seçici fəallığı 58,94 % təşkil edib.

***

20:41

Gürcüstanda parlament seçkilərinin "exit-poll" nəticələri açıqlanıb.

 

Modern.az xəbər verir ki, sorğu keçirən təşkilatlar müxtəlif rəqəmlər açıqlayıb.

 

“Gorbi” təşkilatının apardığı sorğuya əsasən hakim Gürcü Arzusu partiyası 56,1 % səs toplayıb.

 

“Edison Research” təşkilatının apardığı sorğuya görə hakim partiya 40,9% səs toplaya bilib.

 

“Harris X” isə Gürcü Arzusunun 42% səs topladığını açıqlayıb.

 

Hakim partiyaya yaxın telekanal hakim partiyanın daha çox səs qazandığını bildirib.

 

Gürcüstan Prezidenti Salome Zurabişvili bildirib ki, onun məlumatlarına görə, Avropayönlü müxalifət 52% səslə seçkilərdə qalib gəlir.

Sizə yeni x var
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü