Modern.az

İsraildə dəhşətli hadisə: 1 ölü, 40 yaralı

İsraildə dəhşətli hadisə: 1 ölü, 40 yaralı

27 Oktyabr 2024, 19:34

İsrailin paytaxtı Təl-Əviv yaxınlığındakı Glilot qovşağında yük maşını avtobus dayanacağına çırpılıb, nəticədə 40 nəfər yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə İsrailin təcili yardım xidməti və polis məlumat yayıb.

 

Xilasetmə xidməti bildirib ki, yaralılar İsrailin mərkəzindəki altı xəstəxanaya aparılıb. Onlardan 6 nəfərin vəziyyəti ağırdır, 7 nəfər orta-ağır, qalanları isə yüngül xəsarət alıb.

 

“Times of Israel” qəzeti isə Təl-Əvivdəki tibb mərkəzinin məlumatlarına istinadən 1 nəfərin öldüyü, 32 nəfərin yaralandığı barədə informasiya yayıb.

 

İsrail polisi bunun qəsdən hücum olduğunu bəyan edib. Belə ki, yük maşınının sürücüsü avtobus dayanacağında sərnişinləri endirmək üçün dayanmış avtobusu vurub.

 

Polis hadisə yerində olan mülki şəxslərin sürücüyə atəş açaraq, onu “zərərsizləşdirdiyini” açıqlayıb. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü