Modern.az

Braziliya Prezidenti Bakıya gələsi olmadı -Başına tikiş qoyulub... 

Braziliya Prezidenti Bakıya gələsi olmadı -Başına tikiş qoyulub... 

Dünya

27 Oktyabr 2024, 19:55

Braziliya prezidenti Luiz İnasio Lula da Silva bir neçə gün əvvəl yaşadığı evdə yıxılıb və başının arxasından zədə alıb.

 

Modern.az-ın məlumatına görə, o, bu səbəbdən Birləşmiş Millətlər Təşkilatının (BMT) Kolumbiyada keçirilən COP16 və Azərbaycanda keçiriləcək COP29 sammitlərinə səfərlərini ləğv edib.

 

Lula cümə günü tibbi müayinələrdən keçib. Onun başına tikiş qoyulub və kiçik beyin qanaması yaşayıb. Hökumət onun vəziyyətinin stabil olduğunu bildirib.

 

Prezidentin ofisi cümə günü onun COP16-da iştirak etməyəcəyini söyləyib, lakin daha sonra "Reuters"ə gələn ay keçiriləcək COP29-da iştirakının da ləğv edildiyi bildirilib.

 

Qeyd edək ki, Lula eyni səbəbdən Kazanda keçirilən BRICS sammitində də iştirak etməyib.

 

Məlumata görə, Braziliya Prezidenti 5 günlük məzuniyyət götürüb, o, bir çox müayinələrdən keçəcək.

 

Xatırladaq ki, bir müddət əvvəl Braziliya Xarici İşlər Nazirliyinin iqlim, enerji və ətraf mühit üzrə katibi Andre Korrea du Laqunun verdiyi məlumata görə, Lula da Silva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycana gəlməyi planlaşdırırdı.

 

O vurğulayıb ki, COP29 konfransı qarşıdan gələn COP30-a ev sahibliyi edəcək ölkə kimi Braziliya üçün son dərəcə önəmlidir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü