Modern.az

Ermənistan hərbi xərclərini artırır

Ermənistan hərbi xərclərini artırır

28 Oktyabr 2024, 12:54

Ermənistan Respublikası müdafiə xərclərini artırır. Modern.az xəbər verir ki, parlamentin birgə komissiyalarının bugünkü iclasında 2025-ci ilin büdcə layihəsi müzakirəyə çıxarılıb.

Baş nazir Nikol Paşinyanın da iştirak etdiyi iclasda maliyyə naziri Vahe Ovannisyan deyib ki, Ermənistan müdafiə qabiliyyətini təmin etmək üçün gələn il 664,7 milyard dram xərcləyəcək.

Onun sözlərinə görə, əsaslı xərclərin 55,8 faizi müdafiə sektoruna yönəldiləcək: "Bu hissə üzrə xərclər 664,7 milyard dram təşkil edəcək ki, bu da 2024-cü illə müqayisədə 20% çoxdur".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama