Modern.az

Ərdoğan bu gün komandasını toplayır

Ərdoğan bu gün komandasını toplayır

28 Oktyabr 2024, 13:05

Bu gün Türkiyə hökuməti prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə iclas keçirəcək.

Modern.az xəbər verir ki, ocıasda Yaxın Şərqdə artan gərginlik, TUSAŞ hərbi obyektinə qarşı törədilən terror aktı və ardınca Türkiyə Silahlı Qüvvələrinin PKK-ya qarşı həyata keçirdiyi fasiləsiz sərhəd əməliyyatları ilə bağlı məsələlər müzakirə olunacaq.

Türkiyə KİV-nin məlumatına görə, iclasın əsas gündəm mövzusu TUSAŞ hərbi obyektinə edilən terror hücumu olacaq.

2 PKK-lı terrorçu tərəfindən həyata keçirilən hücumla bağlı aparılan istintaqın son vəziyyəti müzakirə olunacaq.

Məlumata görə, İraq və Suriyanın şimalında PKK/YPG-yə qarşı mümkün yeni hava əməliyyatları müzakirə olunacaq.

Yaxın Şərqdəki proseslər də gündəmdə olacaq.

İran-İsrail və İsrail-Livan xəttində artan gərginliklə bağlı hərtərəfli qiymətləndirmə aparılacaq.

Təsiri getdikcə genişlənən regional böhranın Türkiyəyə mümkün təsirləri hərtərəfli müzakirə olunacaq.

İnflyasiyanın birrəqəmli rəqəmlərə endirilməsi üçün yol xəritəsi qiymətləndiriləcək. Bundan əlavə, investisiya, məşğulluq və qiymət sabitliyi məsələləri də gündəmdə olacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama