Modern.az

Rusiya Şimali Koreyadan 3 min əsgər gətirib - Zelenski Qərbdən kömək istədi

Rusiya Şimali Koreyadan 3 min əsgər gətirib - Zelenski Qərbdən kömək istədi

Dünya

29 Oktyabr 2024, 15:28

Rusiya ərazisində artıq 3000 Şimali Koreya əsgər və zabiti var. Tezliklə onların sayı xeyli artacaq.

Modern.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski bildirib.

O qeyd edib ki, Rusiya komandanlığı Ukrayna ərazisində Şimali Koreya hərbçilərindən istifadə edir.

Zelenski ölkənin kəşfiyyat məlumatlarına istinad edərək Şimali Koreya əsgərlərinin sayının tezliklə 12 minə çatacağını iddia edib.

“Bu, çox tez baş verməlidir. Təbii ki, bu, müharibənin eskalasiyasıdır. Əsas strateji tərəfdaşlarımızın “qırmızı xətləri keçmək olmaz”, “eskalasiyaya başlamaq olmaz” deməsi təəccüblüdür”, - deyə Zelenski Qərb tərəfdaşlarına etirazını bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü