Modern.az

Türkiyədə zirehli maşın aşdı - 10 əsgər yaralandı

Türkiyədə zirehli maşın aşdı - 10 əsgər yaralandı

31 Oktyabr 2024, 08:28

Türkiyənin Şırnak vilayətində, Şırnak-Cizre köhnə avtomobil yolunda zirehli transportyorun aşması nəticəsində 10 əsgər yaralanıb.

 

Modern.az xəbər verir ki, Şırnak-Cizrə köhnə magistral yolunun Kasrik Koçbey kəndi yaxınlığında zirehli transportyor yoldan çıxaraq aşıb.

 

Hadisə yerinə təcili tibbi yardım, xilasetmə, yanğınsöndürən və jandarma qrupları yönəldilib. Qəza nəticəsində 10 əsgərin yaralandığı bildirilir.

 

Yaralı əsgərlərin həyati təhlükəsinin olmadığı bildirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?