Modern.az

Vətəndaşlar seçki öncəsi ölümlə hədələndi

Vətəndaşlar seçki öncəsi ölümlə hədələndi

1 Noyabr 2024, 23:22

“Moldova Respublikası görünməmiş bir hücumla üzləşib. Bütün ölkədə insanlar anonim zənglərlə ölüm təhdidləri alırlar”.

 

Modern.az xəbər verir ki, bu fikri Moldovanın Baş naziri Dorin Reçan söyləyib.

 

“Jurnalistlər, tanınmış şəxsiyyətlər və sadə vətəndaşlar təhdidlər alıblar”, - deyə Baş nazir əlavə edib.

 

Dorin Reçan əmin edib ki, dövlət orqanları asayişi və vətəndaşların təhlükəsizliyini təmin edəcək.

 

“Biz birik və güclüyük. Moldova özünü müdafiə edəcək. Biz seçkilərə inamla gedirik”, - deyə Baş nazir bildirib.

 

Qeyd edək ki, noyabrın 3-də Moldovada prezident seçkilərinin ikinci turu keçiriləcək. Moldovanın hazırkı prezidenti Maya Sandu və sosialist namizəd Aleksanda Stoyanoqlo prezident kürsüsü uğrunda mübarizə aparacaqlar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü