Modern.az

5 mindən çox molla və cadugər TUTULDU

5 mindən çox molla və cadugər TUTULDU

1 Noyabr 2024, 23:57

Tacikistanda 1500 cadugər və falçı, eləcə də rəsmi təhsili olmayan 5 mindən çox molla saxlanılıb.

 

Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, basqına səbəb Tacikistan prezidenti Emoməli Rəhmonun ölkədə xurafatların getdikcə genişlənməsindən narahatlıq ifadə etməsi olub.

 

O qeyd edir ki, bunlar cəmiyyətə mənfi təsir göstərir və onun inkişafına mane olur.

 

Qeyd edək ki, Tacikistanın paytaxtında falçı və cadugərlərin xidmətləri son dərəcə populyardır. Hakimiyyət təkcə onlarla deyil, uyğun dini təhsili olmayan mollalarla da mübarizə aparır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü