Modern.az

Nigeriyada antiterror əməliyyatı: 200-ə yaxın silahlı zərərsizləşdirildi

Nigeriyada antiterror əməliyyatı: 200-ə yaxın silahlı zərərsizləşdirildi

3 Noyabr 2024, 09:25

Nigeriya ordusu bir həftə əvvəl başlayan anti-terror əməliyyatı zamanı azı 187 yaraqlını zərərsizləşdirib, daha 262 nəfəri əsir götürüb.

 

Modern.az-ın məlumatına görə, bu barədə Nigeriya Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi general-mayor Edvard Buba bildirib.

 

"Hərbi qulluqçularımız azı 187 terrorçunu öldürüb və daha 262 nəfəri əsir götürdü", - “Sinxua” agentliyi ondan sitat gətirib.

 

"Bunlar terrorçulara qarşı uğurlu hücumumuzun nəticəsidir”, - nümayəndə əlavə edib.

 

Habu Doqo kimi tanınan terrorçu lideri Əbubəkir İbrahim ölkənin şimal-qərbindəki Sokoto əyalətinin kəndlərindən birində yaxalanıb.

 

Doqo sərhədin hər iki tərəfində reydlər keçirərək Nigeriyada və qonşu Nigerdə ​​ən çox axtarılan şəxslərdən idi.

 

Ekspertlərin fikrincə, Nigeriya Silahlı Qüvvələrinin səyləri əsasən 2002-ci ildə ölkənin şimalında yaranmış terror təşkilatı “Boko Haram”la mübarizəyə yönəlib. 2015-ci ildə Nigeriya Silahlı Qüvvələri “Boko Haram”ı ağır məğlubiyyətə uğradıb və onun nəzarətində olan əraziləri xeyli azaldıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü