Modern.az

Türkiyədə yaşayış binasında partlayış - 1 ölü, 17 yaralı

Türkiyədə yaşayış binasında partlayış - 1 ölü, 17 yaralı

Dünya

3 Noyabr 2024, 17:07

Türkiyənin şimalındakı Çorum şəhərində yaşayış binasında baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 17 yaralı var.

 

Modern.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

 

Məlumata görə, Osmancık küçəsində yerləşən binanın 3-cü mərtəbəsindəki mənzildə məişət qazı partlayıb.

 

Təcili yardım xidmətləri hadisə yerindədir.

 

Partlayış nəticəsində evin bir neçə mərtəbəsi demək olar ki, tamamilə dağılıb, yaxınlıqdakı tikililərə, eləcə də küçədə dayanmış avtomobillərə ziyan dəyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü