Modern.az

İspaniyada təbii fəlakət qurbanlarının sayı 214-ə çatdı

İspaniyada təbii fəlakət qurbanlarının sayı 214-ə çatdı

3 Noyabr 2024, 18:27

İspaniyada təbii fəlakət qurbanlarının sayı 214 nəfərə çatıb.

 

Modern.az EFE-yə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

 

Məlumata görə, Valensiya əyalətinin Pedralba bələdiyyəsində daha 3 meyit tapılıb, bir və ya iki nəfər itkin düşmüş hesab edilir. Ölənlərin meyitlərinin axtarışı davam edir.

 

Bundan əvvəl İspaniyada daşqınlar nəticəsində 211 nəfərin öldüyü bildirilirdi.

 

Xatırladaq ki, oktyabrın 29-da İspaniyada yağışlar daşqınlara səbəb olub.

 

Qeyri-rəsmi məlumatlara görə, qurbanların sayı 500-ə çata bilər.Valensiyada 2 minə yaxın insanın itkin düşdüyü də məlumdur. İspaniya hökuməti 3 günlük matəm elan edib.

Sizə yeni x var
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü