İraqın Neynəva vilayətində 4,2 bal gücündə zəlzələ baş verib.
Modern.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Episentri İraqın Neynəva əyalətində olan zəlzələ 21:15-də qeydə alınıb.
Zəlzələnin 13,17 kilometr dərinlikdə olduğu müəyyən edilib.