Prezident seçkilərinin ikinci turunda Moldovanın hazırkı prezidenti Maya Sandu 50,12 faiz səslə liderliyə yüksəlib, Aleksandr Stoyanoqlo isə 49,88 faiz səs toplayıb.
Modern.az xəbər verir ki, nəticələr Moldova Mərkəzi Seçki Komissiyası tərəfindən protokolların 92%-i işləndikdən sonra dərc edilib.
***
00:33
Moldovada bazar günü keçirilən prezident seçkilərinin ikinci turunun ilkin nəticələri açıqlanıb.
Modern.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyası (MSK) səslərin 86.84 faizini hesablayıb.
İlkin nəticələrə görə, ölkənin haızrkı prezidenti Maya Sandu isə 48.9 faiz səs toplayıb. Digər namizəd, Moldovanın keçmiş baş prokuroru Aleksandr Stoyanoqlo isə 51.1 faiz səslə liderdir.
Seçkilərdə 1,6 milyondan çox insan iştirak edib. Avropanın bir çox ölkələrində səsvermə hələ də davam edir.
Ekspertlər səslərin tam sayılmasından sonra nəticələrin dəyişəcəyini istisna etmir.