Modern.az

Bu şəhərdə ilk dəfə ərə gedən qadınlara mükafat veriləcək

Bu şəhərdə ilk dəfə ərə gedən qadınlara mükafat veriləcək

4 Noyabr 2024, 08:50

Çinin Liuhlian şəhərinin hakimiyyət orqanları gənc qadınların evlənməsinə bonus vermək qərarına gəlib.

Modern.az xəbər verir ki, “Xinhua” nəşri yazır ki, proqram 2025-ci il yanvarın 1-dən fəaliyyətə başlayacaq.

Bildirilir ki, mükafata 35 yaşına qədər qadınlar müraciət edə bilər və nikah həm gəlin, həm də bəy üçün birinci olmalıdır. Beləliklə, Liuhlian hakimiyyəti şəhərdə doğum nisbətini təşviq etmək qərarına gəldi.

Mükafat 1,5 min yuan olacaq ki, bu da təxminən 210 dollara bərabərdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü