Modern.az

Futbolçunu ildırım vurub öldürdü - Anbaan görüntülər

Futbolçunu ildırım vurub öldürdü - Anbaan görüntülər

Dünya

4 Noyabr 2024, 11:44

Peruda futbol matçı zamanı meydançaya ildırım düşüb.

 

Modern.az "Marca" qəzetinə istinadən xəbər verir ki, müdafiəçi Xose Uqo De la Kruz Meza ildırım vurması nəticəsində ölüb.

 

Bildirilir ki, hər iki komandanın futbolçuları əlverişsiz hava şəraiti səbəbindən meydanı tərk edərkən ildırım çaxıb və oyunçuları vurub.

 

Qapıçı ciddi yanıqlar alsa da, sağ qalıb.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü