Modern.az

ABŞ-da 78 milyon seçici erkən səsverməyə GEDİB

ABŞ-da 78 milyon seçici erkən səsverməyə GEDİB

Dünya

4 Noyabr 2024, 16:00

ABŞ-da keçirilən prezident seçkilərinin ilkin səsverməsində 78 milyondan çox seçici iştirak edib.

Modern.az xəbər verir ki, bu barədə Florida Universitetinin Seçki Prosesi Laboratoriyasının məlumatında bildirilib.

Məlumata görə, ABŞ-da 42,6 milyon nəfər şəxsən səs verib, 35,3 milyon seçici poçtla bülleten göndərib.

Erkən səs verənlər arasında hazırkı prezident Co Bayden, həmçinin Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris də var.

ABŞ-da prezident seçkiləri sabah noyabrın 5-də keçiriləcək. Seçkilərdə Demokratlar Partiyasını vitse-prezident Kamala Harris, Respublikaçılar Partiyasını isə keçmiş prezident Donald Tramp təmsil edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?