Türkiyənin İzmit şəhərində yerləşən TÜPRAŞ neft emalı zavodunda partlayışdan sonra baş verən yanğın nəzarətə götürülüb və zavodda digər işlər davam edir.
Modern.az xəbər verir ki, bu barədə TÜPRAŞ şirkətindən bildirilib.
Məlumata görə, saat 13:30 radələrində TÜPRAŞ neft emalı zavodunda kompressora texniki xidmət işləri zamanı yanğın baş verib. Zavodun işçiləri hadisəyə dərhal müdaxilə ediblər.
"İlkin məlumatlara görə, 12 həmkarımız yüngül şəkildə yaralanıb və müayinə olunmaq üçün xəstəxanaya göndərilib. Yanğın nəzarətə götürülüb və cihazın işi nəzarətli şəkildə dayandırılıb. Zavodda digər fəaliyyətlər normal rejimdə davam edir", - deyə məlumatda qeyd edilib.
***
15:20
Türkiyənin İzmit şəhərində yerləşən Tüpraş neft emalı zavodunda partlayış baş verib.
Modern.az xəbər verir ki, partlayışdan sonra ərazidən tüstünün qalxdığı görünüb.
Kocaeli Böyükşəhər Bələdiyyə Sədri Tahir Büyükakın partlayışın təlim zamanı baş verdiyini və xəsarət alan olmadığını bildirib. "Yanğın qısa müddətdə nəzarətə alındı", - o qeyd edib.
Partlayış xəbərinin ardından TÜPRAŞ-ın səhmləri ucuzlaşıb.
Həsən Mahanov