Modern.az

Tramp qələbə qazandığını ELAN ETDİ

Tramp qələbə qazandığını ELAN ETDİ

Dünya

6 Noyabr 2024, 11:26

ABŞ-də keçirilən prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Tramp qələbə qazandığını elan edib.

 

Modern.az-ın mlumatına görə, o, brifinqdə tarix yazdıqlarını bildirib.

 

“47-ci Prezidentinizi seçdiyiniz üçün sizə təşəkkür edirəm”, - Tramp deyib. O, tayı-bərabəri olmayan qələbə qazandığını bəyan edib. Tramp bütün problemləri həll edəcəyinə də söz verib.

 

Nümayəndələr Palatasının spikeri Mayk Conson da Trampın qələbə qazandığını bildirib.

 

Bir neçə ABŞ mediası da yazıb ki, Tramp seçkilərdə qalib gəlmək üçün tələb olunan 270 seçici səsi həddini keçib. “Fox News” telekanalının məlumatına görə, Tramp 277 seçicinin dəstəyini toplayıb.  “The Hill” nəşri də Trampın qələbə qazandığını bildirib.

 

“The New York Times” qəzeti Trampın 95% ehtimalla prezident olacağını proqnozlaşdırır. 

 

Qeyd edək ki, səslərin sayılması davam edir.

Sizə yeni x var
Keçid et
Rusiyaya AĞIR ZƏRBƏ - Ukrayna barıt zavodunu darmadağın etdi