Donald Tramp ABŞ-də fasilələrlə prezident seçilən ikinci siyasətçidir.
Modern.az bildirir ki, ABŞ-nin 45-ci prezidenti həm də 47-ci lideri olacaq.
Tramp ABŞ-nin 22-24-cü prezidenti seçilən Stiven Qrover Klivlenddən 139 il sonra eyni nəticəni göstərib.
Beləliklə, Tramp həm ABŞ-nin hazırkı prezidenti Co Baydenin sələfi, həm də Xələfidir.
Yeri gəlmişkən Bayden də artıq prezident seçkilərinin qalibi Donald Trampa zəng edərək onu təbrik edib və hakimiyyətin ötürülməsi məsələsini müzakirə etmək üçün Ağ Evə dəvət edib.