Modern.az

Putinin Qazaxıstan səfərinin vaxtı açıqlandı

Putinin Qazaxıstan səfərinin vaxtı açıqlandı

Dünya

7 Noyabr 2024, 13:10

Rusiya prezidenti Vladimir Putinin Qazaxıstana dövlət səfəri noyabrın 27-nə planlaşdırılıb.

Modern.az xəbər verir ki, bunu Astanada Rusiya xarici işlər naziri Sergey Lavrovla geniş tərkibdə görüşdə respublikanın baş nazirinin müavini - xarici işlər naziri Murat Nurtleu deyib.

“Rusiya Prezidentinin noyabrın 27-də Qazaxıstana gözlənilən dövlət səfəri çoxşaxəli tərəfdaşlığın təşviqi baxımından böyük əhəmiyyət kəsb edir”.

Öz növbəsində, Lavrov qeyd edib ki, tərəflər Rusiya prezidentinin noyabrın 27-də Qazaxıstana dövlət səfərinə ciddi hazırlıq görürlər.

Bundan əvvəl Putin 2023-cü ilin noyabrında Qazaxıstana rəsmi səfər edib, bu ilin iyulunda isə Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü