Modern.az

Tramp onları dövlət katibi və müdafiə naziri TƏYİN EDƏCƏK

Tramp onları dövlət katibi və müdafiə naziri TƏYİN EDƏCƏK

Dünya

7 Noyabr 2024, 13:16

Amerikalı senatorlar Marko Rubio və Uilyam Haqerti, eləcə də ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru vəzifəsinin müvəqqəti icraçısı Riçard Qrenell Donald Trampın gələcək administrasiyasında dövlət katibi postuna namizəddirlər.

Modern.az xəbər verir ki, bu barədə nüfuzlu “Politico” qəzeti öz mənbəsinə istinadən yazıb.

"Senatorlar Rubio və Haqerti, eləcə də Qrenell dövlət katibi vəzifəsinə namizəddirlər, senator Tom Kotton isə müdafiə naziri ola bilər", - nəşr bildirib.

İddiaya görə, senator Tom Kottonndan əlavə, Mayk Ualts və Mayk Pompeo da müdafiə naziri ola bilər.

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi