Modern.az

Kamala Harris yeni vəzifə ala bilər - Bayden bunu etsə...

Kamala Harris yeni vəzifə ala bilər - Bayden bunu etsə...

9 Noyabr 2024, 15:16

ABŞ-ın vitse-prezidenti Kamala Harris prezident seçkilərində məğlub olduqdan sonra Ali Məhkəmənin hakimi postunu ala bilər.

Moden.az xəbər verir ki, CNN və Politico-nun məlumatında bildirilib.

Qeyd edilir ki, hazırkı hakim Sonia Sotomayor könüllü olaraq istefa verərsə, prezident Co Baydenin Harrisi ABŞ Ali Məhkəməsinin ömürlük hakimi vəzifəsinə namizəd göstərməsi ehtimalı var.

70 yaşlı Sotomayor bu vəzifəyə Barak Obamanın dövründə təyin edilib, lakin hazırda onun səhhətində ciddi problemlər var.

Harrisin hakim kimi fəaliyyətə başlaması üçün Bayden onun namizədliyini irəli sürməli və Senat da bunu təsdiqləməlidir. Demokratlar indi Senatda cüzi üstünlüyə malikdirlər 51 nəfər, respublikaçıları 49 nəfər təmsil edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İran darmadağın edilir - Xamenei hədəf alındı