Modern.az

Monqolustanda güclü ZƏLZƏLƏ

Monqolustanda güclü ZƏLZƏLƏ

Dünya

10 Noyabr 2024, 09:44

Monqolustanın mərkəzi yerləşən Bayanxonqor aymağında 5 maqnitudalı zəlzələ olub.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti bildirib.

 

Qeyd olunub ki, zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib. Bakı vaxtı ilə 00:37-də qeydə alınmış yeraltı təkanların episentri Bayanxonqor şəhərindən 175 km şimal-qərbdə olub.

 

Tələfat və dağıntı barədə məlumat verilməyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi