Modern.az

Livandan İsrailə raket hücumu - Yaralılar var

Livandan İsrailə raket hücumu - Yaralılar var

Dünya

10 Noyabr 2024, 17:26

Livan İsrailin şimalına raket hücumu həyata keçirib, yaralılar var.

 

Modern.az xəbər verir ki, bu barədə "Ynet" portalı məlumat yayıb.

 

Raket hücumu nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Nahariya Tibb Mərkəzinə aparılıb.

 

Onlar hücum zamanı Qərbi Qaliley bölgəsindəki tarlalarda avokado yığan fermerlər olub.

 

Bundan əvvəl ordunun mətbuat xidməti Livandan İsrailin şimalını növbəti dəfə atəşə tutulduğunu, bu müddət ərzində Qərbi Qalileyaya 10 raket atıldığını açıqlamışdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada dəhşət yaşanır - Ukraynadan dağıdıcı hücum