Modern.az

Rusiyada GÜCLÜ zəlzələ oldu

Rusiyada GÜCLÜ zəlzələ oldu

Dünya

10 Noyabr 2024, 19:57

Rusiyada güclü zəlzələ baş verib.

 

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, saat 20:11-də Buryatiyanın Okinski rayonunda 5 bal gücündə zəlzələ qeydə alınıb.

 

Zəlzələnin episentri Orlik kəndinin on kilometrliyində olub.

 

Seysmik hadisə İrkutsk vilayətində də hiss olunub. Zima şəhərində - təxminən dörd bal, İrkutsk, Anqarsk, Usolye-Sibirski və digər şəhərlərdə - təxminən üç bal qeydə alınıb.

 

İrkutsk vilayətinin Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, dağıntı və tələfat olmayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!