Modern.az

Türkiyə və Azərbaycan orduları birgə təlim KEÇİRƏCƏK

Türkiyə və Azərbaycan orduları birgə təlim KEÇİRƏCƏK

Dünya

14 Noyabr 2024, 13:44

Azərbaycan və Türkiyə Hərbi Dəniz Qüvvələri birgə hərbi təlim keçirəcəklər.

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Noyabrın 18-dən 29-dək davam edəcək təlimlərdə hər iki ölkənin sualtı hücum və sualtı müdafiə bölmələri iştirak edəcəklər. Təlimlər Aksaz/Muğlada keçiriləcək.

Bundan başqa, Aksaz bölgəsi Aralıq dənizində iki ölkənin iştirakı ilə hərbi hava qüvvələrinin təlimi də planlaşdırılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!