Modern.az

Yaponiya şahzadəsi öldü 

Yaponiya şahzadəsi öldü 

Dünya

15 Noyabr 2024, 11:04

Yaponiya şahzadəsi Yuriko Mikasa 101 yaşında vəfat edib.

Modern.az xəbər verir ki, bu barədə Yaponiya ictimai televiziyası məlumat yayıb.

Onun həyati orqanlarının tədricən sıradan çıxması səbəbindən bir müddət əvvəl ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyi qeyd edilir.

Yuriko Mikasa 2016-cı ildə 101 yaşında vəfat edən şahzadə Takahito Mikasanun dul arvadı və Yaponiya imperator ailəsinin ən yaşlı üzvü idi. Onlar 1941-ci ildə evlənmişdilər.

Yuriko Mikasanın ölümündən sonra Yaponiya imperator ailəsinin üzvlərinin sayı 16-ya enib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya AĞIR ZƏRBƏ - Ukrayna barıt zavodunu darmadağın etdi