Modern.az

Ərini bıçaqlayan qadın ürəktutmasından ÖLDÜ

Ərini bıçaqlayan qadın ürəktutmasından ÖLDÜ

15 Noyabr 2024, 23:42

Türkiyənin paytaxtı Ankara şəhərinin Kahramankazan rayonunda ərini bıçaqla yaralayan qadın ürəktutmasından dünyasını dəyişib.

 

Modern.az bu barədə "Anadolu" agentliyinə istinadən xəbər verir.

 

Bildirilib ki, bıçaq xəsarətləri alan 66 yaşlı şəxs təcili yardımla xəstəxanaya aparılıb.

 

Ərini yaralayaraq evdən çıxan qadının meyiti parkdan tapılıb. Onun ürəktutmasından dünyasını dəyişdiyi məlum olub.

 

Bildirilib ki, cinayətdə istifadə edilən bıçaq evdən tapılıb.

 

Hadisə ilə bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?