Çinin Vusi şəhərində yerləşən İncəsənət və Texnologiya Peşə Məktəbində tələbələrə hücum edilib.
Modern.az xəbər verir ki, "Sinxua" agentliyi 8 nəfərin öldüyü, 17 nəfərin yaralandığı hadisə ilə bağlı bir sıra detalları açıqlayıb.
Məlumata görə, hücum yerli vaxtla təxminən 18:30-da baş verib. 21 yaşlı şəxs saxlanılıb, o, günahını etiraf edib.
Polis hücumçunun 2024-cü ildə Peşə İncəsənət və Texnologiya İnstitutunda təhsilini başa vurduğunu bildirib. Qeyd olunur ki, hücum edən şəxs imtahanlardan kəsildiyi üçün buraxılış şəhadətnaməsi ala bilməyib.
Hücumun hansı motivdə baş verdiyi hələlik məlum deyil.
***
20:42
Çində naməlum şəxs bıçaqla peşə məktəbinə hücum edib.
Modern.az Çin mətbuatına istinadən xəbər verir ki, hücum nəticəsində azı 8 nəfər ölüb, 17 nəfər yaralanıb.
Hadisənin təfərrüatları hələlik açıqlanmayıb.