Modern.az

Ukraynanın böyük şəhərində PARTLAYIŞLAR 

Ukraynanın böyük şəhərində PARTLAYIŞLAR 

Dünya

17 Noyabr 2024, 11:49

Ukraynanın bir çox böyük şəhərində partlayışlar baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə yerli media yazır.

 

Məlumata görə, ölkənin hər yerində hava hücumu xəbərdarlığı elan edilib.

 

Yerli ictimaiyyət Kiyev, Dnepr, Odessa, Zaporojye, Krivoy Roq, Rivne, İvano-Frankivsk və digər şəhərlərdə partlayışlar olduğunu bildirir.

 

Hücumların enerji obyektlərinə yönəldiyi qeyd olunur.

 

Bir çox şəhərdə fövqəladə elektrik enerjisi kəsilməyə başlayıb. Belə ki, Kiyev, Krivoy Roq, Dnepr və Odessa sakinləri elektrik enerjisinin kəsilməsi barədə məlumat verirlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi