Modern.az

Neapolda güclü partlayış: ölənlər var 

Neapolda güclü partlayış: ölənlər var 

Dünya

19 Noyabr 2024, 00:23

İtaliyanın Neapol şəhərində pirotexniki vasitələr istehsal olunan zavodda güclü partlayış baş verib.

 

Modern.az xəbər verir ki, əraziyə mülki müdafiə qüvvələri və təcili yardım maşınları cəlb olunub. Zavodun anbarında baş verən partlayış nəticəsində 3 nəfər ölüb. Həlak olanların kimliyi hələlik məlum deyil.

 

Təhlükəsizlik qüvvələri partlayışın başvermə səbəblərini araşdırırlar. Zavodda pirotexniki vasitələrin istehsalının qeyri-qanuni həyata keçirildiyi bildirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi