"Şah əsərimi hələ yazmamışam"
"30 il sonra Azərbaycanda bəstəkar olmayacaq"
"Fəxri adları ləğv etsələr, bütün sənətçilər layiqli yerini tutacaq"
Müasir Azərbaycanın ilk hərbi marşının müəllifi, Əməkdar incəsənət xadimi Cavanşir Quliyev sabah 74 yaşını qeyd edəcək.
Cavanşir Quliyev 1950-ci il noyabrın 22-də Şəkidə doğulub. O, Şəki Musiqi Texnikumunda oxuyub. Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq fakültəsini bitirib.
Birinci Qarabağ müharibəsində bəstələdiyi “Əsgər marşı” ilə məşhurlaşıb. Onun musiqilərini Aygün Kazımova, İlhamə Quliyeva, Akif İslamzadə, Birilliyant Dadaşova, Elmira Rəhimova, Aygün Bəylər kimi sənətkarlar ifa edib.
Modern.az saytı ad günü ərəfəsində tanınmış bəstəkarla həmsöhbət olub.
Cavanşir Quliyev müsahibədə xəstəliyi, müalicə aldığı dövrlər, Şimali Kiprdə yaşadığı 19 il, bəstəkarlıq fəaliyyəti, Azərbaycan mədəniyyəti, həmçinin siyasi mövqeyi ilə bağlı bir sıra maraqlı məqamlara toxunub.
Onunla müsahibəni təqdim edirik: