Modern.az

Məşhur kurort şəhərində 6 turist öldü

Məşhur kurort şəhərində 6 turist öldü

Dünya

23 Noyabr 2024, 00:52

Laosda saxta spirtli içkidən 6 turist zəhərlənərək ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

 

Hadisə məşhur kurort şəhəri olan Vanq Vienqdə baş verib.

 

Rəsmilərin məlumatına görə, həlak olanlar Böyük Britaniya, Danimarka, ABŞ və Avstraliya vətəndaşlarıdır.

 

Hadisə ilə bağlı araşdırma aparılır. İki nəfər saxlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular